Ucnoqta.az
www.ucnoqta.az

DİN-də yeni təyinat olub

09:30 - 4 Mart 2023 tarixində dərc olunub.

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Polis kapitanı Pərviz Məmmədov Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.

P Məmmədov müvafiq əmrlə Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin edilib.

Müəllif: Ucnoqta.az redaksiyası