Ucnoqta.az
www.ucnoqta.az

Fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb

16:11 - 3 Mart 2023 tarixində dərc olunub.

Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, şagirdlər www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə nəticələrlə  tanış ola bilərlər.

Yarımfinal turunun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir. 

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. 

Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir. 

Müəllif: Ucnoqta.az redaksiyası