Futbol üzrə üçqat dünya çempionu Pelenin qızı atasının ölümündən əvvəl son arzusunudan danışıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Pelenin qızı Keli Nasimento İnstaqram səhifəsində məlumat verib. O, atasının ölümündən az əvvəl Argentinanın Qətərdə keçirilən dünya çempionatının qalibi olmasını istədiyini deyib.
O, Argentina lideri Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzo ilə selfi çəkdirib və Pelenin arzusunu danışıb.
“Braziliya dünya çempionatında Xorvatiyaya uduzanda atam artıq pisləşmişdi. Hamı atama görə Braziliyanın turniri qazanmasını istəyirdi, başqa komanda yox. Amma atam futbolun nə olduğunu hamıdan yaxşı anlayırdı. İstənilən komandanın qalib gəlmək imkanı var, o, həmişə deyirdi ki, bu gözəl oyunu sevir”, - Keli Nascimento yazıb.
Onun sözlərinə görə, Braziliya millisinin məğlubiyyətindən sonra xəstəxana otağına girən hər kəs Peledən mundialın qalibini kimi görmək istədiyini soruşub və təbii ki, bunun Argentina millisi olmadığını güman edib.
"Və dedi: "Argentina, bəli! Kubok Cənubi Amerikada qalmalıdır, Messi buna layiq idi”.
Hamı zarafatla, bəzən də yox, qorxulu üz ifadəsi ilə: “Necə? Argentina?!"
Və sadəcə dedi: “Bəli. Messi buna layiqdir”, - Keli Nasimento əlavə edib.
Pelenin qızı final zamanı artıq onun televizora baxa bilmədiyini açıqlayıb.
“Ancaq o, Argentinanın qalib gəldiyini və Messinin kuboku qaldırdığını başa düşdü. O, xoşbəxt idi”, - deyə Keli Nasimento yekunlaşdırıb.
Emin