Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Şimali İraqın Sincar bölgəsində keçirdiyi əməliyyatla PKK/KCK-nın Sincar hərbi zabiti adlandırılan Saad Əli Bedel zərərsizləşdirilib.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) bazalarına qarşı həyata keçirilən əməliyyatlara rəhbərlik etdiyi müəyyən edilən "Ceko Pir" kod adlı terrorçu Əli Bedel Sincarda MİT tərəfindən təqib edilib.
Bedelin Sincardakı fəaliyyətlərini izləmək üçün xüsusi qrup təyin edən MİT terrorçunun yaşadığı yerimüəyyən edib.
Bedel MİT-in Sincarda təşkil etdiyi əməliyyat nəticəsində yüksək peşəkarlıqla zərərsizləşdirilib.