Ucnoqta.az
www.ucnoqta.az

Kirpiyə görə təyyarə reysi təxirə salındı

19:41 - 2 Mart 2023 tarixində dərc olunub.

Yeni Zelandiyada kirpi uçuş-enmə zolağına çıxdığına görə reys təxirə salınıb

Ucnoqta.az xəbər verir ki, bu barədə İndependent yazıb.

İnsident təyyarənin Oklenddən eniş etdiyi Dunedin hava limanında baş verib. Zolaq boyunca sükanı idarə edən pilotlar layner istiqamətində qaçan bir kirpi görüblər. Pilot heyvanın üstündən keçməmək üçün təcili əyləc tətbiq etməli olub.

Hadisə nəticəsində reys bir-iki dəqiqə geciksə də, ciddi hadisə baş verməyib. Əraziyə xilasedicilər cəlb olunub, onlar kirpi təhlükəsiz yerə köçürüblər.

Ruhəngiz

Müəllif: Ucnoqta.az redaksiyası