Ucnoqta.az
www.ucnoqta.az

AHİK Təhsilin İnkişafı Fonduna 10 000 manat ianə edib

17:03 - 2 Mart 2023 tarixində dərc olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fonduna 10 000 manat ianə edib.

Bu barədə Ucnoqta.az-a AHİK-dən bildirilib. Məlumata görə, bu vəsait Fond tərəfindən təhsil sisteminin inkişafını hədəfləyən ictimai və sosial əhəmiyyətli layihələrin, həmçinin müvafiq təşviq mexanizmlərinin hazırlanması və həyata keçirilməsinə dəstək üçün yönəldiləcək.
 

Müəllif: Ucnoqta.az redaksiyası