"Bakıda tramvayların olması şəhər sakinləri və qonaqlarının bir ünvandan digərinə maneəsiz və rahat getməsi ilə nəticələnə bilər"
Bunu Ucnoqta.az-a gənc və istedadlı müğənni Telman Həsənov Bakıda tıxac probleminin həlli istiqamətində tramvay və trolleybus yollarının çəkilməsi xəbərindən danışarkən deyib.
"Bakıda tıxaclara son qoyacaq möhtəşəm həll məni çox sevindirdi. Gələcəkdə Bakıda tramvay xətlərinin fəaliyyət göstərəcəyini nəzərə alsaq demək olar ki, tıxac olmayacaq. Düşünürəm ki, tramvay yollarının çəkilməsi iqtisadi baxımdan da uğurlu ola bilər. Bir sözlə, bu addım nəinki Bakı üçün, bütöv Azərbaycana fayda verəcək".
Qeyd edək ki, Baku.ws saytı ötən gün Bakının yeni hazırlanan Baş Planında şəhər ərazisində tramvay xətlərinin olmasının nəzərdə tutulduğunu yazıb.