Ucnoqta.az
www.ucnoqta.az

Lavrov Hindistana getdi

22:00 - 28 Fevral 2023 tarixində dərc olunub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistana üç günlük işgüzar səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri beynəlxalq politologiya konfransında iştirak edəcək.

Lavrovun Yeni Dehlidə hindistanlı həmkarı Subrahmanyam Caishankar ilə görüşü, G20 xarici işlər nazirlərinin toplantısında iştirak edəcəyi, həmçinin Çin, Braziliya və digər ölkələrdən olan tərəfdaşlarla bir sıra ikitərəfli danışıqlar aparacağı gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası