Ucnoqta.az
www.ucnoqta.az

Lukaşenko Çinə getdi

18:28 - 28 Fevral 2023 tarixində dərc olunub.

Belarus prezidenti Aleksandr Lukaşenko Çinə dövlət səfərinə gəlib.

Ucnoqta.az BelTA-ya istinadən xəbər verir ki, dövlət başçısının təyyarəsi Pekin hava limanına enib.

Belarus liderinin Çin sədri Si Cinpinlə danışıqlar aparacağı gözlənilir. ÇXR-in yüksək vəzifəli şəxsləri, aparıcı Çin korporasiyalarının rəhbərliyi ilə görüşlər planlaşdırılır. Danışıqların yekunu olaraq əsas istiqamətlər üzrə əlaqələrin inkişafına dair böyük sənədlər paketi imzalanacaq.

Müəllif: Ucnoqta.az redaksiyası