Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" 50 manata görə işdən çıxardığı fotoqrafı qəbul etdi

14:39 - 28 Fevral 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi "Qarabağ" klubu bir neçə gün əvvəl 4 ildir əməkdaşlıq etdiyi fotoqrafı Elmir Kərimovla yollarını ayırıb. Elmir Kərimovun bildirdiyinə görə, klubun media və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Yusif Cəfərov E.Kərimovun avrokubok çəkilişləri üçün məvacibinin 100 manatdan 50 manata azaldıldığını söyləyib. Fotoqraf bu qərarla razılaşmadıqda isə ona getməkdə sərbəst olduğunu deyilib. 

Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, Elmir Kərimov bu gün "Qarabağ" klubuna dəvət edilib. Klub rəhbərliyi onunla görüşərək üzrxahlıq edilib, yenidən iş təklifi olunub. Lakin Elmirin bu təklifə hansı cavabı verdiyi məlum deyil.

Müəllif: Ucnoqta.az redaksiyası