Ucnoqta.az
www.ucnoqta.az

Qızılcaya yoluxmada kəskin artım müşahidə edilir - ÜST

14:07 - 28 Fevral 2023 tarixində dərc olunub.

Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Belə ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb.

ÜST-ün Azərbaycandakı nümayəndəliyi qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırıb.

Müəllif: Ucnoqta.az redaksiyası