Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov Şəmkirdə qəbul keçirəcək

17:36 - 27 Fevral 2023 tarixində dərc olunub.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən mart ayının 16-da Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasında Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax və Şəmkir şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətindən xəbər verilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 15.03.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Müəllif: Ucnoqta.az redaksiyası