Ucnoqta.az
www.ucnoqta.az

Müəllimlərin işə qəbulunda YENİLİK: Müddət artırılır ...

15:42 - 27 Fevral 2023 tarixində dərc olunub.

Müəllimlərin işə qəbul (MİQ) imtahanında dəyişiklik edilir.

Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib. 

Nazir bildirib ki, bu il MİQ zamanı müəllimlərə əlavə 30 dəqiqə vaxt veriləcək: 

"İmtahanın müddəti 2 saat 30 dəqiqə olaraq müəyyən ediləcək. Ümumilikdə 100 bal olacaq. Yeni qaydalar qüvvəyə minməsə də artıq bəzi qaydalar dəqiqdir".

Müəllif: Ucnoqta.az redaksiyası