Ucnoqta.az
www.ucnoqta.az

Sabahın hava proqnozu açıqlanıb

12:51 - 27 Fevral 2023 tarixində dərc olunub.

Fevralın 28-dən ölkə ərazisində gözlənilən hava məlumatı açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə arabir duman olacaq.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə arabir duman gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası