Ucnoqta.az
www.ucnoqta.az

Binəqədidə evdə meyit aşkarlanıb

14:38 - 26 Fevral 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Ucnoqta.az FHN-nin saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ucnoqta.az redaksiyası