Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz ov edən əcnəbi saxlanılıb

14:56 - 23 Fevral 2023 tarixində dərc olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaş saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Ucnoqta.az-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Küveyt vətəndaşı Khaled Hsssd Alrasheedi olduğu müəyyən edilib.

“Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”, - o bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası