Ucnoqta.az
www.ucnoqta.az

Tağı Əhmədovun ayaqları tutulub - Həyat yoldaşından AÇIQLAMA

14:20 - 23 Fevral 2023 tarixində dərc olunub.

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun ayaqları tutulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında onun həyat yoldaşı Salatın Əhmədli bildirib. Xanımı Tağı Əhmədovu Bakıda yerləşən Özəl Xəstəxanalardan birinə yerləşdirilib:

“Tağı müəllimin səhhətində problem yaranıb. Onun ayaqları işləmir. Hazırda müalicədədir.Onun ayaqlarının niyə tutulduğunu bilmirik. Ancaq həkimlər onun bu probleminin düzələcəyini bildirirlər.Hazırda Tağı Əhmədov tam tutulub, yeriyə bilmir”.

Müəllif: Ucnoqta.az redaksiyası