Ucnoqta.az
www.ucnoqta.az

Banka məxsus yaşayış evləri hərraca çıxarılıb

16:07 - 22 Fevral 2023 tarixində dərc olunub.

Martın 28-də saat 10:00-da "Dəmirbank" ASC-ə məxsus 4 fərdi yaşayış evinin satışı üzrə hərrac keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindəndən Ucnoqta.az-a bildirilib ki, hərraca çıxarılacaq evlərin start qiyməti 2,22 milyon - 2,225 milyon manat arasında dəyişir. Start qiymətinin 10 %-i beh olaraq ödənilməlidir.

Bu əmlakların ümumi dəyəri 8,7 milyon manat təşkil edir.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Xatırladaq ki, “DəmirBank” ASC-nin lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən 23 dekabr 2017-ci ildən ləğv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası