Ucnoqta.az
www.ucnoqta.az

Ekvadorda betona narkotik qatıb istifadə ediləcək

14:15 - 22 Fevral 2023 tarixində dərc olunub.

Ekvador beton istehsalı üçün kokaindən istifadə etməyə başlayır

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, narkotik tacirlərindən müsadirə edilən və anbarlarda kifayət qədər saxlama yeri olmayan qeyri-qanuni narkotik maddənin atılması üçün betona kokain qatılıb.

Xatırladaq ki, 2021-ci ildə müsadirə edilmiş narkotiklərin çəkisi 210 tonu ötüb ki, bu da bir il əvvəlkindən iki dəfə çoxdur.
Ötən il respublika üzrə 130 tondan çox müxtəlif növ narkotik vasitələr müsadirə edilib, zərərsizləşdirilənədək saxlanılan 27 polis anbarı dolub-daşır.

Kapsülləmə üsulu kokain bloklarının digər tullantı məhsulları ilə birlikdə əzilməsini və yaranan tozun qum və su ilə birlikdə sementə əlavə edilməsini nəzərdə tutur.
Ekvador polisinin narkotiklərlə mübarizə departamentinin rəhbəri Pablo Ramirez bildirib ki, bir ton kokainin yandırılması təxminən 12 saat, kapsullaşdırılması isə üç saatdan az vaxt aparır.

Bu prosedur daha ucuz başa gəlir, daha az vaxt aparır və ətraf mühitə daha az təsir göstərir.

Qeyd olunur ki, yaxın vaxtlarda təxminən 83 tona yaxın kokainin əzilərək betona qarışdırılması planlaşdırılır, əldə edilən material tikintidə istifadə oluna bilər.

Emin

Müəllif: Ucnoqta.az redaksiyası