"WhatsApp" 2.23.5.3 beta versiyasında yeni Newsletter adlı yeni funksiya istifadəyə verir.
Ucnoqta.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.
Bu funksiya barədə ətraflı məlumat verilmir, lakin onun xəbər lenti olacağı güman edilir. "Newsletter"də reklamlar, eləcə də hər bir istifadəçi üçün fərdi tövsiyələr yaradan alqoritmlər olmayacaq - bütün məzmunlar bütün "WhatsApp" çatları kimi prioritetlər olmadan xronoloji ardıcıllıqla göstəriləcək.
Bildirilir ki, istifadəçi kimin lentinə abunə olacağını müstəqil seçə biləcək, onun kontaktları isə abunələri görə bilməyəcək.
Funksiyanın nə vaxt geniş istifadəçilər üçün əlçatan olacağı məlum deyil.
Ruhəngiz