Ucnoqta.az
www.ucnoqta.az

İranda 5,1 bal gücündə zəlzələ baş verib

07:11 - 22 Fevral 2023 tarixində dərc olunub.

İranda çərşənbə günü 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 117 km şimal-qərbdə yerləşib. Mənbə 10 km dərinlikdə yerləşirdi.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası