Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kafedə müştəri bıçaqlanıb

23:51 - 21 Fevral 2023 tarixində dərc olunub.

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Məmmədov Məhərrəm Oruc oğlu “Ziyad” kafesində tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası