Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna ABŞ-dan nadir "Bradley" alacaq - Cəmi 55 ədəd istehsal edilib

12:05 - 21 Fevral 2023 tarixində dərc olunub.

ABŞ Ukrayna Silahlı Qüvvələrini uzaq məsafədən yüksək dəqiqlikli atəşlər aparmağa qadir olan döyüş maşınları ilə gücləndirəcək.

Ucnoqta.az “Defence Express”ə istinadən xəbər verir ki, bu, "Bradley"nin bütün digər versiyaları ilə müqayisədə hətta ABŞ ordusu üçün kifayət qədər nadir avtomobildir. Bu döyüş maşınından ümumilikdə cəmi 55 ədəd istehsal edildiyi barədə məlumat var.

Söhbət "M7 indeksli Bradley Fire Support Team Vehicle"dan gedir, qısaldılmış adı "BFIST"dir.

Həmçinin bu, təkcə piyada döyüş maşını deyil, dəqiq silah yönləndirmə və kəşfiyyat vasitəsidir.

Müəllif: Ucnoqta.az redaksiyası