Ucnoqta.az
www.ucnoqta.az

İranda 5,3 bal gücündə zəlzələ baş verib

10:55 - 21 Fevral 2023 tarixində dərc olunub.

İranda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Bəndər Abbas şəhərindən 113 km şimal-qərbdə yerləşib. Mənbə 10 km dərinlikdə yerləşirdi.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası