Ucnoqta.az
www.ucnoqta.az

Bakıda xilasedicilər avtobusun altından meyit çıxarıb

09:21 - 21 Fevral 2023 tarixində dərc olunub.

FHN "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin meyitinin “İveco” markalı sərnişin avtobusunun altından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası