Ucnoqta.az
www.ucnoqta.az

Hataydakı zəlzələdən sonra sunami xəbərdarlığı

22:06 - 20 Fevral 2023 tarixində dərc olunub.

Türkiyənin Hatay şəhərində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, fevralın 20-də axşam saatlarında Türkiyənin Hatay vilayətində 6,4 bal, Samandağ rayonunda isə 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Müəllif: Ucnoqta.az redaksiyası