Ucnoqta.az
www.ucnoqta.az

Aİ Ermənistanda vətəndaş missiyasına başlayıb

15:00 - 20 Fevral 2023 tarixində dərc olunub.

Avropa İttifaqı Ermənistanda Azərbaycanla vəziyyətin nizamlanmasına töhfə verməli olan vətəndaş missiyasının işinə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Aİ Şurasının bəyanatında deyilir.

“Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində yerləşdirilən missiyanın məqsədləri Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, münaqişənin təsirinə məruz qalmış ərazilərdə etimad və təhlükəsizliyin möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına şərait yaratmaqdır”, - məlumatda deyilir.

Missiyada mülki heyətinin ümumi sayı təxminən 100 nəfər, o cümlədən 50-yə yaxın silahsız müşahidəçi olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası