Ucnoqta.az
www.ucnoqta.az

Zəlzələ zamanı evin pəncərəsindən düşən telefon bir ailənin xilasına səbəb oldu

08:43 - 18 Fevral 2023 tarixində dərc olunub.

Malatyada baş vermiş dağıdıcı zəlzələdən bir ailə xoşbəxt təsadüf sayəsində xilas olub.

Ucnoqta.az “Anadolu”ya istinadən xəbər verir ki, zəlzələ zamanı mənzilin pəncərəsindən küçəyə düşən mobil telefon yoldan keçən bir nəfər tərəfindən tapılıb və bu, zərərçəkənlərin xilas edilməsinə kömək edib.

Həmin şəxs dağılmış evin yaxınlığında gedərkən zəng çalan telefon görüb. Zəng vuran dağılmış binada olan bir ailənin qohumları olub. Onlara bildirilib ki, bina dağılıb, qohumlar isə həmin yerə tez gələrək yaxınlarını xilas ediblər.
Ailə başçısı dağıntılar altında qalanların hamısının böyük ümidsizlik içində olduqlarını deyib.

Müəllif: