Ucnoqta.az
www.ucnoqta.az

Evdən oğurluq etməkdə şübhəli bilinən xadimə saxlanılıb - <font color=red><b>Foto</b></font>

13:52 - 17 Fevral 2023 tarixində dərc olunub.

Bakı şəhəri, Xətai rayonunun N.Əliyev küçəsindəki mənzillərin birindən 38 750 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğun həmin mənzildə xadimə işləyən Ləman Cahangirova tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Araşdırmalarla xadimənin ötən il dekabrın 28-dən cari il fevralın 14-dək olan müddətdə həmin mənzildə ev sahiblərinə məxsus seyfdən, gizli saxlanc yerindən və əl çantasından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 38 750 manatı gizli yolla talaması müəyyən olunub.

Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.

L.Cahangirova şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Müəllif: