Ucnoqta.az
www.ucnoqta.az

Vətən müharibəsindən sonra 3780 nəfərə əlillik təyin olunub

13:17 - 17 Fevral 2023 tarixində dərc olunub.

Vətən müharibəsindən sonra 3780 nəfər müharibə iştirakçısına müxtəlif dərəcədə əlillik təyin olunub.

Ucnoqta.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Ümumilikdə müharibədən sonra 121 min nəfərə 220 mindən çox müxtəlif sosial xidmətlər göstərilib. Burada mənzil təminatını deyə bilərik. Müharibədən sonrakı dövrdə ümumilikdə 4500 mənzil, 324 avtomobil verilib. Minlərlə şəxs işlə təmin olunub, özünüməşğulluq proqramlarına cəlb edilib. 1800 şəxsə 31 min müxtəlif reabilitasiya vasitələri verilib", - o, vurğulayıb.

Müəllif: