Ucnoqta.az
www.ucnoqta.az

Xocalıda yük maşını aşıb - <font color=red><b>xəsarət alanlar var</b></font>

11:26 - 16 Fevral 2023 tarixində dərc olunub.

Xocalı rayonunda yol qəzası olub.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub, Astara rayon sakini, 1985-ci il təvəllüdlü Qılman Rəhimovun idarə "Mercedes" markalı beton tökən avtomobil idarəetməni itirərək yol kənarındakı beton səddə çırpılıb, daha sonra aşıb.

Hadisə nəticəsində sürücü və sərnişin, Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Şinasin Niyazov müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib, ərazidə nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: