Ucnoqta.az
www.ucnoqta.az

Zəlzələdə ölən daha bir nəfərin nəşi bu gün Bakıya gətiriləcək - <font color=red><b>XİN</b></font>

10:11 - 16 Fevral 2023 tarixində dərc olunub.

Türkiyədə zəlzələ nəticəsində həlak olan Lida Qocayevanın nəşi bu gün saat 12:50-də Bakı-Ankara reysi ilə Azərbaycana gətiriləcək.

Bu barədə Ucnoqta.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

Təyyarənin saat 16:20-də Bakıya eniş edəcəyi gözlənilir.

Qeyd edək ki, fevralın 16-sı gecə saatlarında Malatyada həlak olan tələbələrimizin də nəşi Azərbaycana gətirilib.

 

Müəllif: