Ucnoqta.az
www.ucnoqta.az

Türkiyənin daha bir bölgəsi fəlakət zonası elan edilib

21:17 - 15 Fevral 2023 tarixində dərc olunub.

Türkiyə hakimiyyəti Elazığ vilayətini respublikanın cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdən sonra on birinci fəlakət zonası kimi tanıyır.

Ucnoqta.az xəbər verir ki, bunu Ankarada keçirdiyi mətbuat konfransında prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib. 

"Bizim göstərişə əsasən, prezident Elazığ da zəlzələdən zərər çəkən 11-ci vilayət olaraq fəlakət bölgəsi sayılacaq. Biz hər birinə 10 min lirə ödəməklə zəlzələdən zərər çəkənlərə yardım etməyə başlamışıq".

 

Müəllif: