Ucnoqta.az
www.ucnoqta.az

Əməkdar artist xəstəxanadan evə buraxıldı

17:36 - 15 Fevral 2023 tarixində dərc olunub.

Əməkdar artist Ağalar Bayramov xəstəxanadan evə buraxılıb.

Bunu APA-nın sorğusuna cavab olaraq, Respublika Klinik Xəstəxanasının direktorunun köməkçisi Günay Quluzadə deyib.

Onun sözlərinə görə, sənətçinin səhhəti qaydasındadır: “Aktyorun səhhəti normallaşıb, özünü yaxşı hiss edir”.

Qeyd edək ki, Əməkdar artist Ağalar Bayramov bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi. Onun beynində qansızma var idi.

Müəllif: