Ucnoqta.az
www.ucnoqta.az

ATU-nun tələbəsi Türkiyədəki zəlzələdə həlak olub <font color=red><b>- Foto</b></font>

17:03 - 15 Fevral 2023 tarixində dərc olunub.

Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin tələbəsi də həlak olub.

Bu barədə Universitetdən xəbər verilib. Qeyd edilib ki, Universitetin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da zəlzələ nəticəsində həlak olub.

Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırdı.

Müəllif: