Ucnoqta.az
www.ucnoqta.az

İlon Mask "Twitter-in baş direktoru"nu təqdim etdi - <font color=red><b>Foto</b></font>

16:32 - 15 Fevral 2023 tarixində dərc olunub.

Şirkətin baş direktoru vəzifəsindən istefa verəcəyini vəd edən "Twitter" sosial şəbəkəsinin sahibi İlon Mask özünün “əvəzedicisini” təqdim edib.

Ucnoqta.az xəbər verir ki, İlon Mask bununla bağlı tviterdə paylaşım edib: 

"Twitter-in yeni CEO-su heyrətamizdir. O biri oğlandan çox yaxşıdır! O, rəqəmlərlə əla işləyir! O, bu iş üçün mükəmməldir!" - Mask paltarının üzərində  "Twitter CEO" yazısı olan Floki adlı itinin  bir sıra fotoşəkilləri yazaraq nümayiş etdirib.

Çərçivədə siz “yeni baş direktor”un müxtəlif atributlarını görə bilərsiniz. Bunlar onun adının möhürü olan kağızlar və pəncə şəklində "nominal" möhürdür.

Müəllif: