Elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Malatya şəhərində baş vermiş dağıdıcı zəlzələdə həlak olan azərbaycanlı tələbələrin ailələrinə başsağlığı verib.
Ucnoqta.az xəbər verir ki, nazir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin - Hümam İsmayıllı, Gündüz Nəzərzadə, Samir Quliyev, Şahin Verdiyevin həlak olmasından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik.
Allah rəhmət etsin!”