Ucnoqta.az
www.ucnoqta.az

Bakıda marşrut avtobusu qəza törətdi -<font color=red><b> Ölən və yaralanan var</b></font>

10:40 - 15 Fevral 2023 tarixində dərc olunub.

Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 22 radələrində Nizami rayonu Bəkir Çobanzadə küçəsində 81 saylı marşrut üzrə hərəkət edən avtobus 2 piyadanı vurub. Zərbənin gücündən piyadalar qarşıdan gələn “Saipa” markalı minik avtomobilinin üstünə düşüb. Ağır xəsarət alan piyada, 1990-cı il təvəllüdlü Amin Budaqov hadisə yerində ölüb. Digər piyada, 1979-cu il təvəllüdlü Rəsul Tomayev isə xəstəxanaya yerləşdirilib.

Avtobusun sürücüsü Arif Ələsgərov barəsində Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Müəllif: