Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>AVRO-2023: </b></font>Azərbaycanın basketbol millisi Ermənistanla eyni qrupa düşüb

23:26 - 14 Fevral 2023 tarixində dərc olunub.

Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət yığması 2023-cü il Avropa çempionatının seçmə mərhələsində Ermənistanla eyni qrupa düşüb.

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı xəbər verir ki, C Divizionunda mübarizə aparacaq yığmanın püşkatma nəticəsində B qrupundakı digər rəqibləri də bəlli olub.

Azərbaycan millisi seçmə mərhələdə Ermənistanla yanaşı, Albaniya, Kipr və San Marino ilə də qarşılaşacaq.

Qeyd edək ki, B qrupunun oyunları bu il 19 - 27 iyulda Kosovonun paytaxtı Priştinada keçiriləcək.

Müəllif: