Gəncədə polisin bıçaq xəsarəti almasının səbəbi məlum olub.
APA-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gəncə şəhərində polis nəfərinin yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
22:09
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şərq küçəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Kamal Əliyev ayağından bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, Kamal Əliyev Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşıdır.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.