Ucnoqta.az
www.ucnoqta.az

Bakıdan Rusiyaya gedən qadın 1,5 milyonluq qızılla tutuldu

20:01 - 14 Fevral 2023 tarixində dərc olunub.

Moskvanın Şeremetyevo hava limanında gömrükçülər Bakıdan gələn qadın turistdən 1,5 milyon rubl dəyərində bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə fevralın 14-də Moskva agentliyi hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qadının “yaşıl” dəhlizdən keçərkən tutulduğu bildirilir. Yoxlama nəticəsində məlum olub ki, o, Rusiyaya “Cartier” markalı üzük və qolbaq və İsveçrə “Rolex” saatı keçirməyə cəhd edib. Bütün zinət əşyaları markalı qablaşdırmada olub.

Gömrük əməkdaşlarının sözlərinə görə, üzük və qolbaq 18 karatlıq qızıldan hazırlanıb, saatın siferbatı sapfir şüşənin altında brilyant əlavələrlə bəzədilib.

Müəllif: