Ucnoqta.az
www.ucnoqta.az

Xəzər rayonunda evdən meyit tapıldı

18:23 - 14 Fevral 2023 tarixində dərc olunub.

Xəzər rayonunda evdə meyit aşkar edilib.

Ucnoqta.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: