Ucnoqta.az
www.ucnoqta.az

Yeniyetmələrə siqaret satan köşk satıcıları <font color=red><b>cərimələndi</b></font>

11:46 - 14 Fevral 2023 tarixində dərc olunub.

Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının fevralın 13-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 3 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müəllif: