Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda kütləvi <font color=red><b>DAVA:</b></font> Xəsarət alanlar var

11:28 - 14 Fevral 2023 tarixində dərc olunub.

Dünən günorta saatlarında Göyçay şəhərində beş nəfər - Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar - Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib. Qeyd olunub ki, dava-dalaş zamanı onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı rayon Polis şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb və həmin şəxslərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Müəllif: