Adıyaman vilayətində 18 yaşlı yeniyetmənin yaşayış binasının dağıntıları altından xilas edilməsi istiqamətində işlər aparılır.
Ucnoqta.az xəbər verir ki, Türkiyənin Kahramanmaraş vilayətində xilasedicilər dağıntılar altından iki nəfəri, o cümlədən 17 yaşlı oğlanı çıxarıblar.
Xilasetmə əməliyyatı gecə ərzində bir neçə saat davam edib. Onlar 8 gündən çox və ya 198 saat dağıntılar altında qalıblar. Həkimlər sağ qalanları xəstəxanaya aparıblar.