Ucnoqta.az
www.ucnoqta.az

Qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücüləri aşkarlanıb

10:12 - 14 Fevral 2023 tarixində dərc olunub.

Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.

"Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir", - DİN-in məlumatında bildirilib.

Müəllif: