Ucnoqta.az
www.ucnoqta.az

Qobustan xəstəxanasında 7 yaşlı uşaq əməliyyatdan öncə ölüb

10:03 - 14 Fevral 2023 tarixində dərc olunub.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında 7 yaşlı uşağın əməliyyatdan öncə ölümü ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.

Baş Prokurorluğun Mətbuat xidməti "Report"un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

Qeyd edilib ki, fevralın 13-də 2016-cı il təvəllüdlü Yağmur Məmmədovanın Qobustan Rayon Mərkəzi xəstəxanasında cərrahi əməliyyatdan öncə ölməsi faktı ilə bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: