Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda qanunsuz ov edən şəxs saxlanıldı

09:40 - 14 Fevral 2023 tarixində dərc olunub.

Xaçmazda qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Elxan Məmmədov saxlanılıb.

Həmin şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı bataqlıq quşları aşkar edilib.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

Müəllif: