Ucnoqta.az
www.ucnoqta.az

Dünyada <font color=red><b>UNO HƏYƏCANI:</b></font> Səkkizbucaqlı naməlum obyekt vuruldu

00:27 - 14 Fevral 2023 tarixində dərc olunub.

UNO xəbərləri bütün dünyada, xüsusən də ABŞ-da artıb. ABŞ döyüş təyyarələri F-22 və F-16-lar ardıcıl üçüncü dəfə naməlum obyektə zərbələr endirib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Miçiqan qubernatoru ABŞ ordusunun Şimali Amerika hava məkanında Huron gölü üzərində səkkizbucaqlı naməlum uçan UNO obyektini vurduğunu bildirib. Digər tərəfdən Pentaqonun UNO-larla bağlı mətbuat şərhi ilə məlumat paylaşılacağını açıqlaması həyəcan yaratdı.

ABŞ Hərbi Hava Qüvvələri Şimali Amerika üzərində üç UNO-nu vurub. Pentaqon, vurulan son 2 obyektin Çin şarına bənzəmədiyini bildirərkən, naməlum obyektin havada necə qaldığı və mənbəyinin nə olduğu bilinmədiyi bildirilib.

Tanınmayan cisimlər Çin şarları deyil

Pentaqon vurulan obyektlərin Çin şarına çox bənzəmədiyini, lakin onların Çin istehsalı olduğundan şübhələndiklərini açıqlayıb.
Bildirilib ki, naməlum uzunsov obyekt üzərində naqillər olan “səkkizbucaqlı konstruksiya” olub. “The Guardian” yazır ki, onun şənbə günü Montana ştatında görülən eyni obyekt olduğu deyilir.

Pentaqon bəyan edib ki, naməlum obyekt ABŞ hərbi bazaları yaxınlığında dövr edir və mülki aviasiya üçün təhlükə yaradır. Pentaqon obyektin potensial olaraq izləmə üçün istifadə oluna biləcəyini də vurğulayıb.

Bildirilib ki, Huron gölünün suları çox soyuq olduğundan yerə düşən obyektin hissələri ordunun şəxsi heyəti tərəfindən xüsusi dalğıc vasitələri ilə çıxarılacaq.

Müəllif: