Ucnoqta.az
www.ucnoqta.az

BDU-nun ikinci korpusu təmirə bağlanır

18:40 - 13 Fevral 2023 tarixində dərc olunub.

Bakı Dövlət Universitetinin (BDU) infrastrukturun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 2 saylı korpusun əsaslı təmirinə başlanılıb. 

Universitetdən Ucnoqta.az-a verilən məlumata görə, təmirlə əlaqədar 2022-2023-cü tədris ilin yaz semestrində həmin korpusda yerləşən fakültələrinin tələbələri dərslərinə BDU-nun əsas binası, BDU nəzdində “Gənc istedadlar” liseyi və keçmiş “Təfəkkür” Universitetinin binasında davam edəcəklər.

Bura Jurnalistika, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültələri daxildir.

 

Müəllif: